Pakistanın şimal-qərb bölgəsində yerləşən Hanqu qəsəbəsində silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
APA Pakistan mətbuatına istinadən xəbər verir ki, nəticədə Pakistan təhlükəsizlik qüvvələrinin 3 zabiti həlak olub, 17-si isə xəsarət alıb.
Hücumçulardan isə bir nəfəri zərərsizləşdirilib.
Hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.