RU

Pakistanda təhlükəsizlik qüvvələrinə hücum olub, 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Pakistanın şimal-qərb bölgəsində yerləşən Hanqu qəsəbəsində silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.

APA Pakistan mətbuatına istinadən xəbər verir ki, nəticədə Pakistan təhlükəsizlik qüvvələrinin 3 zabiti həlak olub, 17-si isə xəsarət alıb.

Hücumçulardan isə bir nəfəri zərərsizləşdirilib.

Hücumla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Избранный
81
4
apa.az

7Источники