“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) logistik marşrutların optimallaşdırılması və əsas ixrac bazarlarına, o cümlədən Türkiyə, Avropa İttifaqı ölkələri və digər ölkələrə çıxış istiqamətində işlər aparır.
Bunu “Report”a müsahibəsində “Özbəkneftqaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Bahodirjon Sidikov deyib.
O xatırladıb ki, “Özbəkneftqaz” və SOCAR 2023-cü ilin sonunda yaradılmış birgə ticarət şirkəti vasitəsilə beynəlxalq karbohidrogen ticarəti sahəsində artıq əməkdaşlıq edirlər.
“Gələcəkdə həm fiziki treydinq seqmentində, həm də üçüncü ölkələrə çevik çatdırılma sahəsində genişlənmə imkanları araşdırılacaq”, - B.Sidikov bildirib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.