BAKI, 25 avqust. TELEQRAF
Mərkəzi Bankın Tədqiqatlar departamentinə yeni direktor təyin olunub.
Teleqraf xəbər verir ki, vəzifə Tahirova Gülzar İslam qızına həvalə olunub.
Xatırladaq ki, O, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinin bakalavr, 1998-2000-ci illərdə magistr pillələrini bitirmişdir. 2011-ci ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur.
Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində başlayıb. 2000-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi olaraq davam edib.