2025-ci ilin yanvar-iyulunda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 4 184 istehlakçı müraciəti daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım deməkdir. Bu barədə Agentlik məlumat yayıb.
Hesabat dövründə ümumilikdə 4 847 müraciətə baxılıb – bu göstərici də ötən ilə nisbətən 16,5% çoxdur.
Müraciətlərin strukturu belə olub:
Qeyri-qida məhsulları üzrə: 2 374 müraciət
Xidmətlər üzrə: 1 926 müraciət
Qida məhsulları üzrə: 244 müraciət
Dərman və tibbi avadanlıq üzrə: 59 müraciət
Tütün məmulatları üzrə: 9 müraciət
Digər sahələr üzrə: 235 müraciət
Agentlik bildirir ki, istehlak bazarında ədalətli rəqabətin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər sahibkarlıq subyektlərinin məsuliyyətini artırmaqla yanaşı, istehlakçı hüquqlarının effektiv müdafiəsinə dəstək verir.
Gülnar