AZ

PFL rəsmisi Qazaxıstan millisinin oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb.

Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.

O, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək Qazaxıstan - Uels oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Astana şəhərində yerləşən “Astana Arena”da baş tutacaq.

Seçilən
7
4
fanat.az

10Mənbələr