AZ

Azərbaycan və Rumıniya arasında media əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunub

Avqustun 25-də Medianın İnkişafı Agentliyində Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun iştirakı ilə Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini deyərək media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud beynəlxalq əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda audiovizual media mühiti yeni mahiyyət qazanır və xarici tərəfdaşlarla təcrübə paylaşımı məzmun keyfiyyətinin yüksəldilməsinə müstəsna töhfə verir.

Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda, dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını, qarşılıqlı səfərlərin və mediaturların təşkilinin tərəfdaşlığı daha da möhkəmləndirəcəyini bildirib.

Seçilən
11
19
xalqqazeti.az

10Mənbələr