AZ

Məşhur "Kral" milyon dollarlıq qızıl tabutda basdırıldı

Cinayət keçmişi ilə tanınan “Kral” ləqəbli 69 yaşlı Frenk Tompson üçün təşkil edilən dəfn mərasimi görənləri heyrətləndirib.

Publika.az “The Sun”a istinadla xəbər verir ki, iyul ayında dünyasını dəyişən Tompson ailəsi tərəfindən satın alınan milyon dollarlıq qızıl tabutda dəfn edilib.

Ailə üzvləri qızıl tabutu “Rolls-Royce”avtomobili ilə Nottinqem və Mançester də daxil olmaqla bir neçə şəhərə aparıblar. Bu vida qaraçı ənənələrinə uyğun olaraq “vida turu” kimi təsvir edilir. Tabut bir həftə ərzində ailənin qəbiristanlıqlarına və dostlarının məzarlarına aparılıb.

Mərasimə qatılanlar Cənubi Londonda Tompson üçün nəhəng mərmər məzar tikiləcəyini də bildiriblər. Məzarın tikintisinin ən azı bir il çəkəcəyi gözlənilir.

Seçilən
21
publika.az

1Mənbələr