Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Ukraynadan Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 0,7% azalma deməkdir.