ain.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Ukraynadan Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 0,7% azalma deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Ukraynaya 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 5,26% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 5-ci ən çox qeyri-neft məhsulları alan ölkə olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.
Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.
Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.
AzPost.az
Paylaş
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.