AZ

Birinci yarımildə paytaxtda 25,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib

BAKI, 25 avqust. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 25,3 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Teleqraf-a verilən məlumata görə, sənaye məhsulunun 74,5 faizi mədənçıxarma, 22,0faizi emal, 2,6faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 81,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı89,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında01 iyul2025-ci il vəziyyətinə 459,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,2 milyon manat məbləğində digər məhsullar damövcud olmuşdur.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr