BAKI, 25 avqust. TELEQRAF
Bu ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6 faizini inşaat, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir, 3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Qeyd edək ki, ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.