İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Liaonin Xalq Hökumətinin Xarici Əlaqələr İdarəsinin rəis müavini Cao Honqbinin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.
Agentliyin məlumatına əsasən, görüş zamanı AZPROMO-nun fəaliyyət istiqamətləri barədə məlumat verilib, Liaonin əyaləti ilə sənaye və kənd təsərrüfatı sahələrində mümkün regional əməkdaşlıq imkanları müzakirə olunub.
Nümayəndə heyətinin rəhbəri Liaonin əyaləti haqqında məlumat verərək, Azərbaycan ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Tərəflər, həmçinin, Azərbaycan və Liaonin əyalətində keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, qarşılıqlı iştirak ikitərəfli münasibətlərin, xüsusilə də investisiya sahəsində tərəfdaşlığın inkişafına mühüm töhfə verə bilər.