AZ

Bakıda yataqxanada yanğın - üç nəfər tüstüdən zəhərləndi

Nərimanovda yataqxanada yanğın olub, üç nəfər tüstüdən zəhərlənib.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Milli.Az

Seçilən
2
36
milli.az

10Mənbələr