ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Nərimanov rayonunda yataqxanada yanğın olub.Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 18 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.