AZ

Qəbələdə 2 maşın toqquşdu - Ölən və xəsarət alanlar var

Bu gün saat 14 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.

Gundem.az xəbər verir ki, qəza nəticəsində “VAZ”ın 51 yaşlı sürücüsü İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin digər nəqliyyat vasitəsinin 31 yaşlı sürücüsü Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
32
14
gundem.az

10Mənbələr