AZ

Daha 900 nəfəri peşə hazırlıqlarına cəlb edilib

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu günlərdə daha 900 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, onlardan 334-ü üçün agentliyin Peşə Hazırlığı mərkəzlərində, 566-dan ötrü isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq şəraitində və əmək bazarının tələblərinə uyğun istiqamətlər üzrə təşkil olunan kurslarda müdavimlərə nəzəri və praktiki biliklər tədris edilir.

Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təmin olunmalarına da dəstək göstəriləcək.

Seçilən
2
5
hafta.az

8Mənbələr