Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdən uşaq və yeniyetmə badmintonçularımız 11 medalla qayıdıblar.

Offsideplus.az xəbər verir ki, bu medallardan 7-si qızıl, 3-ü gümüş və 1-i bürüncdür.

Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıb.

Qeyd edək ki, badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən "Youth International" turnirində ötən il 5-i, 5-i gümüş və 6-ı bürünc olmaqla 16 medal qazanıblar.