AZ

Əfsanələrin kartı rekord qiymətə satıldı – FOTO

Üzərində 6 dəfə NBA çempionu Maykl Cordanın və turnirin 5 qat qalibi Kobe Brayantın şəkilləri, həmçinin imzaları olan kolleksiner kartı “Heritage” hərracında rekord qiymətə - 12,932 milyon dollara satılıb.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

2007–2008-ci illərdə buraxılmış “Upper Deck Exquisite Collection” seriyasına aid, NBA loqotipləri və Cordanla Brayantın imzalarını daşıyan bu kart 1/1 nömrələnib və idman tarixində ən bahalı kart olub.

Öncəki rekord 1952-ci il Topps Mikkey Mantl kartına məxsus idi - 2022-ci ilin avqustunda 12,6 milyon dollara satılmışdı.

Cordan və Brayant kartı həmçinin idman kolleksiya əşyaları arasında ikinci ən baha predmet sayılır. Birinci yerdə isə 1932-ci il Dünya Seriyasından Bab Rutun “Tackle Shot” yazılı beysbol köynəyi var. Bu əşya təxminən bir il əvvəl 24,12 milyon dollara satılıb.

Seçilən
34
publika.az

1Mənbələr