AZ

Tramp: Putinin Alyaskaya səfəri onun Ukrayna münaqişəsinin həllinə çalışdığını göstərir

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskaya səfəri onun Ukrayna münaqişəsinin həllinə çalışdığını göstərir.

APA xəbər verir ki, Tramp bu fikri Ağ Evdə sənədlərin imzalanması zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Düşünürəm ki, onun Alyaskaya, bizim ölkəmizə gəlməsi ciddi bir mesaj idi. Bu, asan qərar deyildi və o, bununla nəyəsə nail olmaq istədiyini göstərdi”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti həmçinin Putinin iştirakı ilə keçirilən görüşü yüksək qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
4
apa.az

7Mənbələr