AZ

MPL: Zirə nin qələbəsi ilə 2 ci tura yekun vuruldu

ain.az bildirir, Fanat portalına istinadən.

Misli Premyer Liqasında 2-ci tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son günündə 1 oyun baş tutub. 

Turun bağlanış matçı Qəbələdə reallaşıb. Eyniadlı komanda "Zirə"ni qonaq edib. Saat 19:00-da start götürən qarşılaşmadan qonaqlar qalib ayrılıblar.

Hər iki komanda mövsümə xal itkisi ilə başlayıb. "Qəbələ" "Karvan-Yevlax"la, "Zirə" isə "Araz-Naxçıvan"la 1:1 hesablı bərabərliklə kifayətlənib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında meydan sahiblərindən qələbə qazanan olmayıb: 

"İmişli" - "Neftçi" 0:0

"Qarabağ" - "Sumqayıt" 0:1

"Kəpəz" - "Karvan-Yevlax" 2:3

 "Şamaxı" - "Sabah" 1:2 

"Turan Tovuz" - "Araz-Naxçıvan" 1:2

Misli Premyer Liqası

1-ci dövrə, 2-ci tur

25 avqust 

“Qəbələ” – “Zirə” 1:2

Qol:Nicat Əliyev, 16. - Ceyhun Nuriyev 31,45+2.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.

VAR: Fərid Hacıyev, Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Azər Əsgərov.

Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 36. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila.

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 29. Ceyhun Nuriyev 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis.

Ehtiyat oyunçular: 41. Anar Nəzirov 31. Eldar Tərlanov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 26. Stefan Aka 28. Leroy Mikels 93. Brahim Konate 77. Yeqor Boqomolski 6. Eldar Quliyev.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
16
fanat.az

10Mənbələr