AZ

Birinci yarımildə Azərbaycanda tikilən evlərin SAYI

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda ümumi sahəsi 1,830 min kvadrat metr olan 12 955 ədəd yaşayış evi tikilərək istifadəyə verilib.

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tikilən evlərin sayı 7 751 ədəd və ya 2,5 dəfə artıb.
 

Belə ki, 2024-cü ilin ilk 6 ayında ölkədə ümumi sahəsi 702 910 kvadrat metr olan 5 204 ədəd yaşayış evi tikilib istifadəyə verilmişdi.


Cari ilin ilk 6 ayı ərzində mənzillərin 10 814 ədədi əhali tərəfindən, 69 ədədi dövlət müəssələri tərəfindən, 2 072 ədədi isə qeyri-dövlət müəssələri tərəfindən tikilərək istifadəyə verilib.

Bizim.Media

Seçilən
10
2
bizim.media

3Mənbələr