BAKI, 26 avqust. TELEQRAF
Amerikalı mütəxəssislər Ukraynada pilotsuz uçuş aparatlarının (PUA) geniş istifadə olunduğu hərbi əməliyyatların təcrübəsini diqqətlə öyrənirlər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Amerika lideri bildirib: “İkinci Dünya Müharibəsindən bəri belə bir müharibə olmayıb. Bu, tamamilə yeni bir döyüş növüdür. Pilotsuz təyyarə müharibəsidir. Əvvəllər heç vaxt dron müharibəsi olmayıb. Biz bunu çox diqqətlə öyrənirik”.