AZ

FED rəsmisi ipoteka fırıldaqçılığı ehtimalına görə vəzifəsindən kənarlaşdırılıb

ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

“İki sahil” xəbər verir ki, Tramp müvafiq fərmanın mətnini "Truth Social"da paylaşıb.

"Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İiki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərib", - deyə Tramp qeyd edib.

"İkinci öhdəliyi üzərinizə götürdüyünüz anda birinci haqqında məlumatlı olmamağınız ağlasığmazdır", - deyə Tramp göstərib. O həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri potensial cinayət məsuliyyətinə səbəb ola bilər.

Seçilən
31
8
ikisahil.az

10Mənbələr