sport24.az saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasında II turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki,,altı matçda ümumilikdə 6200 tamaşaçı qeydə alınıb.
"İmişli" - "Neftçi" (0:0) qarşılaşmasında 700, "Qarabağ - "Sumqayıt" (0:1) görüşündə 1000, "Kəpəz" - "Karvan-Yevlax" (2:3) duelində 600, "Şamaxı" - "Sabah" (1:2) oyununda 2000, "Turan Tovuz" - "Araz-Naxçıvan" (1:2) matçında 900, "Qəbələ" - "Zirə" qarşılaşmasında isə 1000 fanat tribunada əyləşib. Qeyd edək ki, Misli Premyer Liqasında III tura avqustun 29-da start veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.