AZ

Avstraliya İran səfirini ölkədən çıxarır

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliya hökuməti İran İslam Respublikasını Melburndakı sinaqoqa və Sidneydəki İsrail restoranına edilən hücumlarda iştirakda ittiham edərək, ölkədəki İran səfirini "persona non grata" (arzuolunmaz şəxs) elan edib."Azad İran" "Telegram" kanalı bu barədə "Iran International"a istinadən məlumat yayıb.Avstraliyanın Baş naziri Entoni Albanezenin sözlərinə görə, Avstraliyanın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı İran hökumətinin bu hücumları birbaşa yönləndirdiyini və ölkə ərazisində digər oxşar hücumların da təşkilinə cəhd edə biləcəyini ehtimal edir."Bu, Avstraliyada xarici bir güc tərəfindən təşkil edilmiş misligörünməmiş və təhlükəli təcavüz aktlarıdır", - deyə E.Albaneze vurğulayıb.Qərara əsasən, İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq. Eyni zamanda, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılacaq.Hadisəyə münasibət bildirən Avstraliyanın daxili işlər naziri Kler Burke isə əlavə edib ki, İranın İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) tezliklə terror təşkilatları siyahısına daxil ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
20
demokrat.az

10Mənbələr