AZ

İki rayonda qaz kəsiləcək

Bu gün Bakının Xətai və Sabunçu rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi və Sabunçu rayonu, Pirşağı qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar avqustun 26-da saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonu, Əhmədli, Həzi Aslanov qəsəbələrinin, Ş.Səmədov, K.Kərimov, M.Davud küçələrinin və Sabunçu rayonu, Pirşağı qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.

Seçilən
14
45
modern.az

10Mənbələr