Trampın tətbiq etdiyi rüsumlardan sonra Braziliya ixracatçıları Afrika, Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlıqlarını genişləndiriblər. Hindistan şirkətləri isə müxtəlif ölkələrdə öz məhsullarının ixracı üçün lisenziyaların əldə olunması prosesini sürətləndiriblər. Qəzetin fikrincə, əgər Braziliya və Hindistan bu tariflərlə uğurla mübarizə aparmağı bacarsalar, digər dövlətlər üçün də nümunə olacaq. Bu isə onları ABŞ-nin rüsum risklərini minimuma endirəcək yeni strategiyalar qurmağa təşviq edəcək. The New York Times yazır ki, Trampın tarifləri "dünya ölkələrinə Amerikanın asılılığının təhlükəli olduğunu öyrədir". Nəticədə, getdikcə daha çox dövlət ABŞ-lə iqtisadi əməkdaşlıqdan imtina edərək, alternativ tərəfdaşlar axtarmağa başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31