AZ

NATO-ya aid gizli sənədləri ayaqyolunda unutdu

İsveçin NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə ilə aparılan danışıqlar zamanı diqqətçəkən hadisə baş verib.

Adalet.az xəbər verir ki, Stokholm Arlanda Hava Limanında isveçli diplomatlardan danışıqlara aid sənədləri tualetdə unudub.

Hadisə ötən il baş versə də, bu il gündəmə gəlib. Məlumat mətbuatda yayıldıqdan sonra İsveç ictimaiyyətində təhlükəsizlik məsələləri gündəmə gəlib. Sənədlərin İsveç Baş naziri Ulf Kristerssonun NATO üzvlüyü ilə bağlı Türkiyə ilə keçirdiyi görüşə aid qeydləri əhatə etdiyi bildirilir.

Baş nazirliyin Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama yayaraq sənədlərin həqiqətən unudulduğunu təsdiqləyib. Bununla belə, həmin materialların “gizli” status daşımadığını və əlavə təhlükəsizlik araşdırmasına ehtiyac olmadığını vurğulayıb.

Lakin İsveç mediası bu izaha şübhə ilə yanaşaraq sənədlərin həssas diplomatik məlumatlar ehtiva etdiyini iddia edib. Qeyd olunur ki, sənədlərdə dövlət sirri sayılacaq kəşfiyyat informasiyaları olmasa da, danışıqlar prosesinə dair detallı diplomatik qeydlər mövcuddur.

Seçilən
6
3
adalet.az

4Mənbələr