AZ

“Qarabağ”ın legioneri “Ferentsvaroş”un TRANSFER HƏDƏFİNDƏ

"Ferentsvaroş" klubu "Qarabağ"ın daha bir futbolçusuna maraq göstərir.

Bizim.Media xəbər verir ki, macarlar Marko Yankoviçə diqqət yetiriblər.

"Ferentsvaroş" onu hələ ötən qış heyətinə qatmağa cəhd edib, lakin futbolçunun özü "Qarabağ"da qalmağa üstünlük verib. Monteneqrolu yarımmüdafiəçi üçün yeni təklif irəli sürüləcəyi gözlənilr.

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və "Ferentsvaroş" arasındakı ilk matçda Budapeştdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər. Cavab görüşü isə çərşənbə günü saat 20:45-də Bakıda keçiriləcək.

Xatırladaq ki, bu ilin əvvəlində "Ferentsvaroş" "Qarabağ"dan braziliyalı yarımmüdafiəçi Julio Romao¬nu transfer etmişdi. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr