AZ

Payız ərəfəsində bəxti gətirəcək BÜRCLƏR - Sevgi tapacaqlar

Avqustun 25-dən etibarən ulduzlar bəzi bürclərin həyatına sevgi, harmoniya və gözlənilməz xoş sürprizlər gətirəcək. Astroloqlar bildirir ki, bu dövrdə romantik münasibətlərdə yeni başlanğıclar, ailə həyatında isə sabitlik və anlayış ön plana çıxacaq.

Milli.Az həmin bürcləri təqdim edir:

Əqrəb

Uzun müddətdir ürəyində gizli qalan hisslər açıqlana bilər. Bu bürcün nümayəndələri yeni münasibətə başlamaq və ya mövcud sevgilərini möhkəmləndirmək üçün ideal zamandadır.

Xərçəng

Emosional dünyası zəngin olan Xərçənglər üçün gözlənilməz tanışlıqlar mümkündür. Onların həyatına daxil olan insanlar uzunmüddətli münasibətlərin təməlini qoya bilər.

Balıqlar

Sevgidə ən romantik bürclərdən olan Balıqlar üçün üfüqdə gözəl anlar görünür. Onlar partnyorlarından dəstək və qayğı görəcək, münasibətlərində harmoniya artacaq.

Tərəzi

Tarazlıq və uyum axtarışında olan Tərəzilər üçün şanslı günlər başlayır. Sevdikləri insanla aralarındakı anlaşılmazlıqlar həll olunacaq və münasibətlər yeni mərhələyə qədəm qoyacaq.

Mütəxəssislərin fikrincə, bu tarixdən sonra adını çəkdiyimiz bürclər üçün təkcə sevgi yox, həm də ümumi həyat enerjisi yüksələcək. Onları həm işdə, həm də şəxsi həyatda uğurlar gözləyir.

Fidan
Milli.Az

Seçilən
16
4
milli.az

5Mənbələr