AZ

Vardinin yeni klubu bilindi

Hazırda komandası olmayan və azad agent statusu daşıyan təcrübəli ingilis hücumçu Ceymi Vardi tezliklə İtaliya A Seriyasının klublarından birinə keçə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Canluka di Martsio yayıb. 

Mənbənin sözlərinə görə, 38 yaşlı ingilis futbolçu yay transfer pəncərəsində "Kremoneze" ilə müqavilə imzalayacaq. Vardi artıq İtaliya komandasının nümayəndələri ilə ilkin danışıqlar aparıb. 

Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm “Lester”in heyətində İngiltərə çempionatında 35 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
9
1
fanat.az

2Mənbələr