AZ

 “Saab” şirkəti Tayland HHQ üçün “Gripen E/F” sifarişi alıb

“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları İdarəsindən (FMV) Tayland Hərbi Hava Qüvvələri üçün 4 ədəd “Gripen E/F” döyüş təyyarəsi sifarişi alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı İsveç FMV və şirkət arasında 5.3 milyard SEK (553 milyon ABŞ dolları) dəyərində müqavilə imzalanb.

Bu müqaviləyə üç ədəd “Gripen E” və bir ədəd “Gripen F” təyyarəsinin tədarükü, eləcə də lazımi avadanlıq, təlim və dəstək xidmətləri daxildir. Müqavilə üzrə çatdırılmalar 2025-2030-cu illərdə həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Tayland Hərbi Hava Qüvvələrinin istismarında bir eskadron “Gripen C/D” qırıcıları mövcuddur.

Seçilən
7
poliqon.az

1Mənbələr