AZ

DİN sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmaya başlayıb

Sosial şəbəkələrdə iki yeniyetmə arasında baş vermiş insidentin – birinin digərini bulinqə məruz qoymasını əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Tədbirlərlə hadisədə iştirak edən yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək valideyni ilə birlikdə polis orqanına dəvət olunub və izahatları alınıb.

Hazırda faktla bağlı istintaq araşdırmaları davam etdirilir və nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəkdir.

Seçilən
62
15
7times.az

10Mənbələr