AZ

"Cəbrayıl"da “yarpaq tökümü” – 19 futbolçu yola salınıb

"Cəbrayıl" 19 futbolçusu ilə vidalaşıb.

Bu barədə İdman.biz-ə Azərbaycanın I Liqası təmsilçisindən məlumat verilib.

Bölgə klubu Zahir Mirzəzadə, Aqşin Yaqubov, Həsrət Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov, Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov, Zeynəddin Abdurahmanov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal Səfərov və Əkpər Vəliyevlə yollarını ayırıb.

Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. Çempionat 10 komandanın iştirakı ilə 3 dövrəli sistemlə keçiriləcək.

İdman.biz

Seçilən
26
13
idman.biz

10Mənbələr