AZ

İrana pis xəbər: diplomatı bu ölkədən qovulur, səfirlik isə…

"İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq".

Olaylar.az xəbər verir ki, bunu Avstraliyanın baş naziri Entoni Albaneze deyib.

O, ölkəsinin Tehrandakı səfirliyinin fəaliyyətini dayandıracağını da açıqlayıb.

Baş nazirin sözlərinə görə, bu qərar Sidneydə Melburn sinaqoquna və İsrail restoranına edilən hücumlarda İran hökumətinin əli olması barədə etibarlı kəşfiyyat məlumatı aldıqdan sonra verilib.

"Avstraliyanın təhlükəsizlik kəşfiyyat agentliyi İranın başqa hücumlar həyata keçirməsi ehtimalını qiymətləndirir. Bunlar Avstraliya ərazisində xarici dövlət tərəfindən təşkil edilən görünməmiş və təhlükəli təcavüz aktları idi", - baş nazir deyib.

Digər tərəfdən ölkənin daxili işlər naziri Klar Burk İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına əlavə ediləcəyini elan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
69
20
olaylar.az

10Mənbələr