AZ

Britaniya səfiri: Azərbaycanla əməkdaşlığımızla fəxr edirik

Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq.

Adalet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld öz sosial şəbəkə hesabında Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti və Prezident İlham Əliyevin görüşü barədə məlumat verərkən deyib.

“Nazir Stiven Dauti və Zati-aliləri Prezident İlham Əliyev arasında möhtəşəm bir görüş. Ticarət və investisiya, təhlükəsizlik, iqlim dəyişikliyi, enerji və təhsil daxil olmaqla, geniş Britaniya- Azərbaycan tərəfdaşlığı ilə fəxr edirik. Sülh və qarşılıqlı əlaqələrin inkişafı bu regionu formalaşdıracaq”, - səfir qeyd edib.

Səfir dövlət nazirinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü haqqında da məlumat verib.

“İkitərəfli görüş zamanı Stiven Dauti və Ceyhun Bayramova Azərbaycan və Ermənistan arasında tarixi sülh görüşü ilə bağlı təbriklərini çatdırdı və Britaniyanın sülh quruculuğunda və qarşılıqlı əlaqələrin inkişafında dəstək göstərməyə hazır olduğunu bir daha bəyan etdi”, - səfirin paylaşımında qeyd edilib.

Seçilən
59
12
adalet.az

10Mənbələr