AZ

BMT: Pakistanda 10 gün ərzində daşqınlar nəticəsində 400 nəfər ölüb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Pakistanda son 10 gündə leysan yağışlar və daşqınlar nəticəsində 400-ə yaxın insan ölüb, 190-dan çox insan yaralanıb.

Oxu.Az -ın xəbərinə görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

"Hökumət orqanlarının məlumatına görə, Pakistanda son 10 gündə Xayber-Paxtunxva, Qilqit-Baltistan və Kəşmirdə leysan yağışları və daşqınlar nəticəsində 400 nəfər ölüb, 190-dan çox insan yaralanıb. 20 mindən çox insan evsiz qalıb", - deyə idarədən bildirilib.

BMT-nin baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer yardım üçün 600 min dollar ayırıb.

Qeyd olunub ki, cari musson mövsümündə Pakistan güclü yağışlar və daşqınlar nəticəsində geniş dağıntılarla üzləşib. Səlahiyyətlilərin məlumatına görə, iyun ayından bəri 798 nəfər ölüb, 1000-dən çox insan yaralanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
6
oxu.az

8Mənbələr