AZ

“Onu hamıdan yaxşı tanıyıram” - Tramp

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə münasibətlərindən danışıb.

Milli.Az-ın TASS-a istinadən məlumatına görə, Ağ Evdə keçirilən mərasimdə jurnalistlərin suallarını cavablandıran Tramp yaxın gələcəkdə Şimali Koreya rəhbəri ilə yenidən görüşəcəyinə ümid etdiyini bildirib.

"Mənim Kim Çen Inla çox yaxşı münasibətim var. Mən onu demək olar ki, hamıdan yaxşı tanıyıram, yalnız bacısı istisna olmaqla. Bacısı onu çox yaxşı tanıyır. Mən onunla çox yaxşı anlaşıram, aramızda heç bir problem olmayıb", - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti həmçinin Vaşinqtonun Şimali və Cənubi Koreya arasında gərginliyin azaldılması üçün çalışacağını əlavə edib.

Milli.Az

Seçilən
14
2
milli.az

3Mənbələr