AZ

Qum fırtınası hava limanına ziyan vurub

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Arizona ştatının Finiks şəhərində qum fırtınası baş verib. 41 mindən çox insan işıqsız qalıb, yerli Skay-Harbor Beynəlxalq Hava Limanı ziyan görüb.

Hafta.az xəbər verir ki, fırtına Finiksin mərkəzini vurub.

ABŞ Federal Mülki Aviasiya Federal Administrasiyasının məlumatına görə, pis hava şəraiti səbəbindən hava limanı təyyarələrin uçuşunu yarım saatlıq dayandırıb. Üç reys təxirə salınıb, 104 reys gecikdirilib, bir reys başqa hava limanına yönləndirilib.

Aeroportun nümayəndəsi bildirib ki, binada sızmalar və digər dağıntılar qeydə alınıb, dəymiş ümumi ziyan qiymətləndirməsi davam edir. Xəsarət alanlar barədə məlumat yoxdur. /"Yahoo News"/

Seçilən
78
5
hafta.az

6Mənbələr