AZ

Biz də elə bu cür oyun istəyirdik Elgiz Kərəmli

ain.az, Fanat portalına istinadən məlumat yayır.

Avqustun 20-dən Qəbələdə təlim-məşq toplanışında olan 1-ci Liqa təmsilçisi "Şəfa" dünən Premyer Liqa klublarından olan "Şamaxı" ilə yoxlama oyunu keçirib. Şamaxıda baş tutan görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb sınaq qarşılaşması barədə fikirlərini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Öncə Ayxan Abbasova təşəkkur edirəm ki, xahişimizi yerə salmayaraq bizimlə oynamağa razılaşdı. Oyuna gəlincə, temp çox yuksək idi. Biz də elə bu cür oyun istəyirdik. Premyer Liqa komandasına qarşı yaxşı mübarizə apardıq. Həm müdafiə, həm də hücum planında komandamdan razı qaldım. Bu cür rəqibə qarşı çoxsaylı hucumlar təşkil etməyimiz yaxşı haldır. Oyundan-oyuna daha dinamik futbol oynayırıq. Yeni komandayıq, artıq futbolçular bir-birinə uyğunlaşırlar. Çempionatın startına qədər daha hazırlıqlı olacağımızı düşünürəm".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
fanat.az

2Mənbələr