AZ

"Sakit və daha ağıllı olmağa çalışacağıq" - Bəhlul Mustafazadə

style='margin-bottom:10px;'>

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri cavab matçı haqda danışıb.

QOL.az xəbər verir ki, 27 yaşlı müdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib: 

"Oyunun mahiyyətini bilirik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Bizi gərgin və çətin oyun gözləyir. Hazırıq. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq."Qarabağ" qələbə üçün əlindən gələni edəcək. Buna qədər iki dəfə pley-offda oynayıb, mərhələ keçə bilməmişik. Sabahkı oyuna daha sakit yanaşırıq. İki toplu üstünlüyün aradan qalxa biləcəyini bilirik. Maksimum sakitik və daha ağıllı olmağa çalışacağıq".

Qeyd edək ki, sabah Bakıda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də start götürəcək. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Seçilən
6
2
teleqraf.com

4Mənbələr