AZ

Sabah oyunda soyuqqanlı olmalıyıq

Azpost saytına istinadən ain.az xəbər verir.

Sabah çox vacib oyuna çıxacağıq.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində evdə Macarıstanın “Ferensvaroş” klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, qalib gəlmək üçün əllərindən gələni edəcəklərini söyləyib: “Sabahkı matçda soyuqqanlı və istəkli olmalıyıq. “Ferensvaroş” ciddi rəqibdir. Hesab bizi aldatmamalıdır.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” oyunu saat 20:45-də start götürəcək. İlk matçda Ağdam təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
4
azpost.info

9Mənbələr