AZ

Bakının hansı rayonunda işçilər daha çox əməkhaqqı alır? - SİYAHI

Bu ilin iyun ayının 1-nə Bakı şəhərində muzdlu işçilər arasında ən yüksək əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb. Paytaxt üzrə ümumilikdə muzdla çalışanların sayı 980 min nəfəri ötüb, orta aylıq əməkhaqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 % artaraq 1 374,9 manat təşkil edib.

Bakıvaxtı.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Pirallahıda 7 408 nəfər muzdlu işçinin orta aylıq əməkhaqqı 2 358,2 manat olub. Siyahıda ikinci yerdə 117 846 nəfərlə Səbail (2 028,8 manat), üçüncü yerdə isə 24 569 nəfərlə Qaradağ (1 623,3 manat) rayonları qərarlaşıb.

Dördüncü yerdə 33 106 muzdlu işçi sayı ilə Xəzər rayonu (1 603,3 manat), beşincidə isə 62 996 muzdlu işç ilə Nəsimi rayonu (1 462 manat) gəlir. Digər rayonlarda orta əməkhaqqı göstəriciləri 1 265-1 127 manat arasında dəyişib. Belə ki, Xətai rayonunda 92 818 muzdlu işçi olduğu halda, onların orta maaşları 1 265,3 manat, 62 996 muzdlu işçinin qeydə alındığı Nizami rayonunda isə nominal əməkhaqqının məbləği 1 232,5 manat təşkil edib. 115 737 muzdlu işçinin olduğu paytaxtın Nərimanov rayonunda orta əməkhaqqı 1 130,6 manat, 170 710 muzdlu işçinin olduğu Yasamalda isə qeydə alınmış orta maaşlar 1 127,7 manat təşkil edib.

Siyahının sonuncu pillələrini 38 473 muzdlu işçi sayı ilə Sabunçu (999,7 manat), 22 110 muzdlu işçi ilə Suraxanı (917,5 manat) və 69 184 nəfər muzdlu işçilərlə Binəqədi (944 manat) rayonları tutub.

Ümumilikdə, Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24 063 nəfər artaraq 980 975 nəfərə çatıb. Onların 403 184 nəfəri dövlət, 577 791 nəfəri isə qeyri-dövlət sektorunda çalışır. Dövlət müəssisələrində orta əməkhaqqı 1 356,1 manat, özəl sektorda isə 1 388,4 manat olub.

Bakının rayonları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı üzrə cədvəl:

 

Muzdlu işçilərin sayı (nəfər)

Orta aylıq nominal əməkhaqqı (manat)

Bakı şəhəri - cəmi

980 975

374,9

o cümlədən rayonlar:

Binəqədi

69 184

944,0

Xətai

92 818

1 265,3

Xəzər

33 106

1 603,3

Qaradağ

24 569

1 623,3

Nərimanov

115 737

1 130,6

Nəsimi

226 018

1 462,0

Nizami

62 996

1 232,5

Pirallahı

7 408

2 358,2

Sabunçu

38 473

999,7

Səbail

117 846

2 028,8

Suraxanı

22 110

917,5

Yasamal

170 710

1 127,7

 

Seçilən
15
15
bakivaxti.az

10Mənbələr