AZ

Azərbaycanda tələbə adını qazanan ən yaşlı şəxsin adı məlum olub

Bu il Azərbaycanda ən yaşlı tələbə 55 yaşlı Vəfa Cəfərova olub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, tələbə subbakalavr (kollec məzunu) kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.

Xatırladaq ki, bu ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib. Onlardan 57236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Seçilən
43
14
7news.az

10Mənbələr