AZ

Türkiyədə istehsal olunan “İHA-122” raketkəri maraq doğurub  

Türkiyə qurudan buraxılan TRG seriyalı raketlərin bəzi versiyalarını pilotsuz uçuş aparatlarından (PUA) atıla biləcək formada təkmilləşdirib.

AZƏRTAC xəbər verir ki, bunlardan biri olan “İHA-122” raketi üzərindəki idarəetmə dəsti ilə hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu sursat az xərc tələb edir və sürətli şəkildə istehsal oluna bilir.

Bu raketlər çox yüksək sürətə malik olduqları üçün düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən çox gec müəyyən olunur ki, bu da əsas həlledici rol oynayır. Dünyada belə silahlara sahib ölkələrin sayı olduqca azdır. Türkiyə isə bunu PUA üzərindən edə bilən ölkələr siyahısında birincidir.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar etdiyi paylaşımla bu növ strateji məhsullara diqqət çəkib. “Səsdən təqribən 4 dəfə sürətli və 100 min fut yüksəkliyə qalxan sursat buraxılır. Bu texnologiya dünyada yalnız bizdə var”, - deyə o bildirib.

Qeyd edək ki, “İHA-122” raketlərinə dünyada böyük maraq göstərilir.

Seçilən
10
3
azerbaijan-news.az

4Mənbələr