AZ

ADPU-nu seçənlərdən 4 nəfəri 600 baldan yüksək, 14 faizindən çoxu 500 baldan yüksək nəticə göstərib

Bakı, 26 avqust, AZƏRTAC

Hər il olduğu kimi bu il də yüksək nəticələrlə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçən gənclərin sayı kifayət qədərdir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 5 nəfər müsabiqədənkənar qaydada beynəlxalq yarışlardakı nəticələrinə əsasən, 4 nəfər isə 600 baldan yüksək nəticə ilə ADPU-nu seçib. Qəbul olunanların 14 faizindən çoxu 500 baldan yüksək, 55 faizə qədəri isə 400 baldan yüksək nəticə göstərənlərdir. Cari il üçün subbakalavriat səviyyəsindən universitetə qəbul olan olmayıb.

Seçilən
25
1
azertag.az

2Mənbələr