Bakı, 26 avqust, AZƏRTAC
Hər il olduğu kimi bu il də yüksək nəticələrlə Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) seçən gənclərin sayı kifayət qədərdir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, 5 nəfər müsabiqədənkənar qaydada beynəlxalq yarışlardakı nəticələrinə əsasən, 4 nəfər isə 600 baldan yüksək nəticə ilə ADPU-nu seçib. Qəbul olunanların 14 faizindən çoxu 500 baldan yüksək, 55 faizə qədəri isə 400 baldan yüksək nəticə göstərənlərdir. Cari il üçün subbakalavriat səviyyəsindən universitetə qəbul olan olmayıb.