AZ

"Zirə"nin futbolçusu əməliyyat olundu

“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən həftə məşqdə üz nahiyəsindən zədələnən yarımmüdafiəçinin orbita sümüyü sınıb. Bu səbəbdən də o, əməliyyat keçirib. Bildirilib ki, 26 yaşlı futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.

Xatırladaq ki, Rövlan bu yay "Sumqayıt"dan ayrıldıqdan sonra "Zirə"yə keçib.

Seçilən
40
25
football-plus.az

10Mənbələr