AZ

Xocavənd və Ağdərədə yanğınlarla mübarizə davam edir

BAKI, TurkicWorld, Zeynəb Babayeva

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

TurkicWorld xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də, yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Seçilən
58
32
turkic.world

10Mənbələr